Accessibility links

Amnesty International Azərbaycan hökumətini AXCP-yə qarşı təqibləri dayandırmağa çağırır


Amnesty İnternational-ın Azərbaycanla bağlı bəyanatı

Amnesty İnternational-ın Azərbaycanla bağlı bəyanatı

Qurum AXCP üzvlərinin həbsindən, partiya qərargahının zirzəmisindəki partlayışdan sonra bəyanatla çıxış edib

Amnesty International hakimiyyəti AXCP üzvlərinə qarşı təqib kampaniyasını dayandırmağa çağırır

Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasına son zamanlar edilən davamlı təzyiqlərlə bağlı bəyanat yayıb.

Sənəddə xatırlanıb ki, fevralın 22-dən və martın 1-dək partiyanın yeddi üzvü inzibati qaydada həbs edilib və martın 3-də partiyanın yerləşdiyi 2 mərtəbəli binanın zirzəmisində partlayış baş verib.Ertəsi gün partiya qərargahdan çıxmağa məcbur olub, bina sökülməyə başlayıb.

Amnesty İnternational qısa müddət ərzində AXCP fəallarının saxlanılmasını və mühakimə edilməsini partiyaya qarşı planlı hücumun bir hissəsi olduğunu hesab edir. “Saxlananlar internetdə tənqidi fikirlərini yayıblar. Bu məlumdur. Bu həbslər dalğası ilə Azərbaycan hakimiyyəti müxalifət daxilində əsas təşkilatçıları hədəfə almaq kimi görünür”, sənəddə qeyd edilir.

Partiyanın qərargahının partladılmasına gəlincə beynəlxalq hüquq müdafiə təşkilatı bildirib ki, hakimiyyətin apardığı təhlükəsizlik qiymətləndirməsinin keyfiyyətinə şərh verə bilməz. “Lakin binanın sahibinə hədə iddiaları, partlayışa dair rəsmi izahın inandırıcı görünməməsi, söküntünün aparıldığı sürət gələcək təhqiqatla bağlı suallar yaradır”.

Amnesty International hesab edir ki, bu həbslər fəalları cəzalandırmaq məqsədi daşıyır. “Amnesty International” hakimiyyəti AXCP üzvlərinə qarşı təqib kampaniyasını dayandırmağa, bütün siyasi opponentlər və hökumət tənqidçilərinin ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını təmin etməyə çağırır.
XS
SM
MD
LG