Accessibility links

VCMK: Amnistiyada siyasi məhbuslardan birinin belə azad olunmaması təəssüf doğurur


VCMK: Amnistiyada siyasi məhbuslardan birinin belə azad olunmaması təəssüf doğurur
VCMK: Amnistiyada siyasi məhbuslardan birinin belə azad olunmaması təəssüf doğurur

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi hakimiyyəti rəqiblərinin təqibinə son qoymağa çağırır

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) Amnistiya Aktı ilə razı olmadığını bildirir və hakimiyyəti bütün siyasi məhbusları azad etməyə, siyasi və digər rəqiblərinin təqibinə son qoymağa, siyasi və iqtisadi inhisar siyasətindən imtina etməyə çağırır.

Bu barədə VCMK-nin müraciətində deyilir.

VCMK-i hökuməti ölkənin böhrandan çıxarılması və 98 il əvvəl ADR tərəfindən irəli sürülmüş, amma indiyədək həyata keçirilməmiş məqsəd və vəzifələrin həyata keçirilməsi məqsədilə cəmiyyətin bütün təbəqələri ilə geniş dialoqa başlamağa çağırır.

Milli Məclis mayın 20-də 28 May Respublika Gününə həsr olunmuş Amnistiya Aktı qəbul edib. Amnistiya 10 min məhkumu əhatə edəcək, bunun 3500 nəfəri həbsdən azad ediləcək.

Amnistiya təşəbbüsünü parlamentin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva irəli sürüb. Akt Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 98-ci ildönümünə həsr olunub.

“Аmnistiya təşəbbüsü və onun qəbulu faktı hörmətə layiqdir, çünki əvf olunanlara həbsxana divarlarından kənarda adi günlərə qayıtmaq imkanı verir. Amma Respublika Günü ərəfəsində 100-dən çox siyasi məhbusdan birinin belə azad olunmaması faktı böyük təəssüf hissi doğurur, çünki onlar hamısı Azərbaycan hakimiyyətinin unutdurduğu ADR ideallarını qoruyub saxlamağa çalışdıqlarına görə onları sınağa çəkən rejimin qurbanlarıdır”, sənəddə qeyd edilir.

Qurum hesab edir ki, bu Amnistiya Aktı həm də Azərbaycanda ölkəni və cəmiyyəti dərin ictimai-siyasi və sosial-iqtisadi böhrana salmış siyasi rejimin vətəndaş azadlıqlarının və siyasi azadlıqların boğulmasına yönəlmiş yanlış və fəlakətli siyasətdən imtina etmək istəməməsinin və əvvəlki kimi vətəndaş cəmiyyəti və şəffaf hüquqi dövlət yaradılmasına qarşı çıxdığının daha bir sübutudur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG