Accessibility links

Amsterdamdan Amerikaya uçan 4 təyyarədə yeməklər içərisində iynələrlə bağlı təhqiqat aparılır


ABŞ və Hollandiya rəsmiləri Amsterdamdan Amerikaya uçan 4 təyyarədə yeməklər içərisində iynələrlə bağlı təhqiqata başlayıb.

Bazar günü Delta Hava yolları şirkətinin Minniapolis, Atlanta və Seattla uçan təyyarələrində buterbrodlar içərisində iynələr aşkar edilib. Sərnişinlərdən biri yaralansa da, müalicə almaqdan imtina edib.

ABŞ-ın Federal Təhqiqat Bürosu bununla bağlı Hollandiya polisi ilə bərabər cinayət işi qaldırıldığını bəyan edib. Buterbrodlar Amsterdamda Geyt Qurme şirkəti tərəfindən hazırlanıb.

Delta Hava Yolları insidentə ciddi yanaşdığınnı bildirib.
XS
SM
MD
LG