Accessibility links

Emi Şumer Florida ştatının Tampa şəhərindəki şousu zamanı bir neçə yüz nəfər tamaşaçı şounu tərk edib.

Məlumata görə komediya ustası Donald Trampı zaraftlarının hədəfinə çevirib və onun barəsində danışıb.

Bu an kütlə arasından bəzi tamaşaçılar etirazlarını bildirib. Və komediya ustası Tramp tərəfdarlarından birini səhnəyə çıxaraq nəyə görə Trampı dəstəklədiyini izah etməsini istəyib. Və bir nəfər səhnəyə çıxıb.

Bundan sonra digər tamaşaçılar Eminin bu çağırışına da narazılığını ifadə edəndə, Emi təhlükəsizlik işçilərinə həmin şəxsləri auditoriyadan kənarlaşdırmaq əmri verib.

Bundan sonra təxminən 9 min tamaşaçıdan bir neçə yüz nəfəri şounu tərk edib… Və bir nəfər siyasətdən uzaq olaraq yaxşı zaman keçirmək, zarafatlar dinləmək istədiyini bildirib.

Emi Şumerin Hillari Klintonu dəstəklədiyi çoxdan məlum idi. Və Train Wreck filminin çəkilişlərində bir şəxs atəş açdıqdan sonra Emi və onun qohumu Çhak Şumer silahlara nəzarət qanununu dəstəkləyir.

Emi tamaşaçıların şounu tərk etməsinə münasibət bildriməyib.

XS
SM
MD
LG