Accessibility links

Ana dili günü münasibətilə Ağ Evin önündə nümayiş keçirilib [Video]


Vaşinqtonda yaşayan güneyli fəallar 21 fevral Beynəlxalq Ana dili günü münasibətilə Ağ Evin önündə toplaşaraq, İranda azərbaycanlıların haqlarının tanınmasına çağırıb. Beynəlxalq Ana dili 2000-ci ildən bəri hər il fevralın 21-də dil və mədəniyyət müxtəlifliyini təbliğ etmək məqsədilə keçirilir.

İran təkcə farslardan ibarət deyil

Ağ Evin qarşısına toplaşan fəallar üzərində "İran təkcə farslardan ibarət deyil", "Azərbaycanlı məhbusları azad edin” yazılı plakatlar nümayiş etdirib, “Cənubi Azərbaycan İran deyil” kimi şüarlar səsləndirib.

Onlar tədbirin məqsədinin İranda yaşayan 35 milyon azərbaycanlının səsini dünyaya çatdırmaq olduğunu bildirib.

Tədbir zamanı fəallar bəyanatla çıxış edib. Bəyanatda İranda farslardan başqa bir çox etnik mənsubiyyətə aid insanların yaşadığı və azərbaycanlıların İrandakı ən böyük azlıq qrupu olaraq, ölkə əhalisinin üçdə birini təşkil etdikləri, lakin buna baxmayaraq, onların öz ana dilində təhsil almaq hüquqlarının olmadığı bildirilir.

Vaşinqtonda Ana dili günü münasibətilə Ağ Evin önündə nümayiş keçirilib

Vaşinqtonda Ana dili günü münasibətilə Ağ Evin önündə nümayiş keçirilib

​Bəyanatda həmçinin qeyd edilir ki, İranda fəaliyyət göstərən azərbaycanlı siyasi fəallar bunun fundamental insan haqqı olduğuna inanır və bu haqqın təmin olunması uğrunda mübarizə aparır.

Tədbirdən sonra İran azərbaycanlıları icmasının bəzi üzvləri Amerikanın Səsinə bu tədbirin məqsədi barədə danışıb, öz tələblərini dilə gətiriblər.

XS
SM
MD
LG