Accessibility links

“Hər bir uşaq, hər bir qadın” [Video]


Ana və körpələrə yardım proqramı

300-dən artıq hökumət, fond və biznes BMT-nin yoxsul qadın və uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması təşəbbüsündə iştirak edir. “Hər bir uşaq, hər bir qadın” adlanan bu proqram sayəsində ana və körpələr arasında ölüm hallarının sayı qat-qat azalıb.

“Hər bir uşaq, hər bir qadın” proqramına BMT-nin baş katibi Ban Gi Munun təşəbbüsü ilə 2010-cu ildə start verilib.

Hərəkatın baş meneceri Nina Kuonun dediyinə görə, proqram ən sürətli qlobal ictimai tərəfdaşlığa çevrilib.“2010-cu ildən bəri 2.4 milyon qadın və uşağın həyatı xilas edilib. 2015-ci ilin sonunadək bu, 40 faiz qadın və uşaq demək olacaq. Buraya 120 min qadın, 650 min yenicə doğulmuş körpə və 1.6 milyon 5 yaşından aşağı uşaq daxildir.”

Kuo deyir ki, körpələr arasında ölüm hallarının azaldılması, ailə planlaşdırılması və dərman preparatları ilə təminat aşağı gəlirli 49 ölkədə həyata keçirilib.

Sevindirici nəticələr siyasi və maliyyə dəstəyi-yoxsul və zəngin ölkələrin özəl fondları, biznesləri və vətəndaş cəmiyyətləri, habelə BMT 60 milyard dollarlıq yardımı sayəsində əldə edilib. Son 5 il ərzində bu yardımlar 25 faiz artıb.

Kuonun dediyinə görə, ana və körpələrin ölüm səbəblərinin çoxu həm ucuz, həm də sadə olduğu üçün onlar aradan qaldırıla bilər. “Hər gün ölən uşaqların sayı 6.4 milyon azalıb. 1990-cı ildən bəri ölən anaların sayı yarıya enib.”

Lakin məqsədə hələ nail olunmayıb. Qarşısı alına bilinən ölüm hallarına tamamilə son qoyulması hələ çox iş tələb edir.

XS
SM
MD
LG