Accessibility links

Güneyli diaspora icmaları Ana Dili Gününü qeyd edib


Fəallar Ankarada İran səfirliyi qarşısında piket keçirib

Fəallar Ankarada İran səfirliyi qarşısında piket keçirib

Həftəsonu güneyli fəallar Türkiyə və digər ölkələrdə ana dili günü münasibəti ilə mərasimlər və etiraz aksiyaları keçiriblər. Aksiyalar Azərbaycan fəalları və İranın muxtəlif şəhərlərində yaşayan türklərin Dünya Ana Dili Günü ilə bağlı təşkil etdikləri tədbirlər və 100-dən çox fəalın həbsindən sonra keçirilib.

Türkiyədə yaşayan milli fəallar fevralın 22-də İranın Ankaradakı səfirliyi qarşısında piket keçirərək son günərdə Ana Dili Günü tədbirləri ilə bağlı həbs edilmiş güneyli fəalların azadlığını və İranda türk dilinin rəsmi olmasını tələb ediblər.

Üzərində “Türk dili İranda rəsmi olmalıdır”, “Güney Azərbaycan türklərinə özgürlük” və “İranda türk siyasi məhbuslarına özgürlük” kimi tələblər yazılmış plakatlar daşıyan iştirakçılar həmçinin “Türk dilində mədrəsə, haqqımız haqqımız” və “Tutulanlar azad olsun” kimi şuarlar səsləndiriblər.

Böyük Britaniyanın paytaxtı London və Kanadanın Toronto şəhərində isə ana dili günü tədbirləri İranda yaşayan bəzi etnik qrupların iştirakı ilə keçirilib. Fevralın 23-də bir neçə qeyri-fars təşkilat o cümlədən, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) tərəfindən təşkil edilmiş bu tədbirlərə Azərbaycan Türklərindən əlavə, Əhvaz ərəbləri, türkmənlər və Bəluçlar da qatılıb.

Toronto şəhərində ana dili günü ilə əlaqəli başqa bir mərasim fevralın 22-də İran Azərbaycanı Dil və Kültür Ocağının təşəbbüsü ilə keçirilib.

Azərbaycan Respublikasında Ümid Partiyasının ana dili günü münasibəti ilə təşkil etdiyi tədbirdə İran Azərbaycanı və Tehranda baş verən kütləvi həbs dalğaları dəyərləndirilib.
XS
SM
MD
LG