Accessibility links

Saakaşvili dövrünün layihələri dondurulur


Saakaşvili dövrünün layihələri dondurulur
please wait

No media source currently available

0:00 0:03:22 0:00
Gürcüstan prezidenti Mixail Saakaşvili Qara dəniz sahilindəki kurorot şəhəri Anaklianı o qədər sevir ki, hətta öləndən sonra külünün bura tökülməsini vəsiyyət edib.

Gürcüstan prezidenti Mixail Saakaşvilinin iki il əvvəl Anakliadakı mehmanxanaların açılışını etməsi Qara dənizin bu kurort şəhərini inciyə çevirmişdi.

Müğənni Pikria Mamporia “Anakliyanı sevirəm” adlı mahnı bəstələyib. Buradan bir neçə km-lik məsafədə yeni şəhərin inşası gedir. Bu şəhərdə yardım milyon insan məskunlaşmalıdır. Lakin iş yavaş gedir. Bu şəhərin yaxta limanı tutulub. Müşahudə qüllələri açılmayıb.

İki il əvvəl prezident Saakaşvilinin açdığı akvopark bağlanıb.

Turist Sofiya: "Biz buraya üzməyə, təmiz hava almağa gəlirik. Hava dəyişdiyinə görə akvoparka gəldik. Onun bazar günü bağlı olacağını bilmirdik."

Hava deyil, dəyişən siyasətdir. Ötən oktyabrda Saakaşvili seçkilərdə məğlub olub. Bu oktyabrda isə 10 illik hakimiyyətinə son qoyur.

Gürcüstanın yeni siyasətçisi, baş nazir Bidzina İvanişvili ağıllı biznesmendir.“Bu sector və sərhədyanı bğlgələri artıq pul xərcləmədən inkişaf etdirmliyik.Bunu peşəkar səviyyədə etməliyik, bir adamın fikri ilə deyil. "

Getməkdə olan hakimiyyətlə liman layihəsinin baş tutmayacağı görünür.
Giorgi Vaşadze layihədə çalışır. “Təəssüflər olsun ki, hazırkı hökumət keçmiş hökumətlə əlaqəsi olan hər şeyi bağlayır. Məncə bu ölkəni inkişaf etdirmək istəyən bir hökumətin manefiyə xidmət etmir.”

Anaklia mehmanxanasının direktoru Şorena Uçanişvili yeni hökumətin bu bölgəyə investisiya qoyduğunu deyir. "Düzü böyük bir dəyişiklik hiss edilmir. Gələcək illər üçün planlar müəyyən edilib. İnfrastrukturun inkişafı nəzərdə tutulur. Yerli çaylar,sahil ərazilər təmizlənəcək."

Çayın palçıqlı suyu bütün əyləncə yerlərinin bağlanmasına səbəb olub.

Ladislav Holko buraya Slovakiyadan gəlib."Bu yerin potensialı var. İndi çox boşdur. İnsanların buraya necə cəlb edilməsinin yolları araşdırılmalıdır."

Nə qədər ki, Anaklia yeni hökumət üçün ögey olaraq qalacaq, ispanların dizayn etdiyi yeni körpünün yolu boşluğa aparacaq.
XS
SM
MD
LG