Accessibility links

Bu gün ABŞ-da Analar Günüdür


Bu gün ABŞ-da Analar Günüdür. Qadın əməyinə yüksək dəyər verilməsi ilə bu bayram rəsmən 1914-cü ildən qeyd edilir. Amerikalılar bayram münasibəti ilə anaları üçün gül və hədiyyələr alır. Analar Günü hər il mayın ikinci bazar günü qeyd edilir.

1907-ci ildə anasının vəfatından iki sonra Qərbi Virciniya ştatının sakini Anna Carvis anası üçün xatirə mərasimi təşkil etmişdi. Bundan sonra xanım Carvis Analar Gününün bütün Amerika boyu bayram edilməsi üçün kampaniyaya başlamış və məqsədinə nail olmuşdu.

Lakin daha sonra o, gül, kart və digər əşyaların satışını artıran Analar Günündən imtina etmişdi. Carvis hətta bayramın Amerika təqvimindən çıxarılması üçün kampaniya da aparmışdı.

Lakin buna baxmayaraq Analar günü ən populyar və ən çox satış günü olaraq qalır.

Birləşmiş Ştatlardan əlavə Analar Günü Kanada, Avstraliya, Yaponiya və Türkiyə kimi onlarla başqa ölkədə də qeyd olunur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG