Accessibility links

Bu gün Analar günüdür


A man walks on a footpath decorated with lights and billboard by workers capital development authorities to observe International mother's day celebration in Islamabad, Pakistan, May 7, 2016.
A man walks on a footpath decorated with lights and billboard by workers capital development authorities to observe International mother's day celebration in Islamabad, Pakistan, May 7, 2016.

Bazar günü ABŞ-da və dünyanın bir sıra ölkələrində Analar günü qeyd edilir.
Bu gün qadınların verdiyi töhfələr və gördüyü işlər tərənnüm edilir.

Bir ənənə olaraq ailə üzvləri analara gül-çiçək bağışlayır və onları nahar və ya şma yeməyinə dəvət edir.

ABŞ prezidenti Barak Obama Analar günü münasibətilə müraciətində xanımı Mişelə ana kimi gördüyü mühüm işə görə təşəkkürünü bildirib.

"Əgər Konqres bu günü bayram kimi tanıyıbsa, onun mənasını artıracaq işləri də görə bilər"-prezident Barak Obama

ABŞ Konqresi Analar gününü 1914-cü ildə rəsmi bayram günü elan edib. Bunu xatırladaraq, Obama administrasiyasının bir neçə təşəbbüsü daxil olmaqla qanunvericiləri qadınların vəziyyətinin yaxşılaşdırılması məqsədilə qanun layihələrini qəbul etməyə çağırıb.

"Əgər Konqres bu günü bayram kimi tanıyıbsa, onun mənasını artıracaq işləri də görə bilər"-deyə Obama bildirib.

Obama daha sonra deyib: "Buraya analıq və atalıq məzuniyyəti, xəstəliyə görə məzuniyyət, hamilə qadınlar üçün xüsusi şəraitin yaradılması, yaxşı səhiyyə imkanları, uşaqlara qulluq etmək üçün əlverişli xidmətlər, münasib iş cədvəli, bərabər maaşların təmin edilməsi və layiqli minimum əmək haqqı daxildir. Biz analarımızdan demək olar bütün işlərdə hamıdan çox töhfə verməsini istəyirik. Ən azı görə biləcəyimiz iş isə onlarla ədalətli rəftara nail olmaqdan ibarətdir."

Analar Gününün təsisçisi, ictimai xadim Enn Carvis
Analar Gününün təsisçisi, ictimai xadim Enn Carvis

Analar gününün tarixi

1908-ci ildə ictimai xadim Enn Carvis anaların övladları üçün verdiyi qurbanları qeyd etmək məqsədilə Analar gününü təsis edib.

Carvis Analar gününü anaların ailələri ilə keçirdiyiözəl bir gün kimi təsəvvür edirdi. Rəsmi bayram elan edildikdən sonra ticarətçilər bu populyar gündən kommersiya maraqları üçün istifadə etməyə başladı.

Carvis bayramın kommersiyalaşmasından narazı qalıb, 1948-ci ildə ölümündən öncə bu gündən imtina etmişdi. O, Analar gününün bayram günü kimi Amerika təqvimindən çıxarılmasına çalışmışdı.

Lakin Analar günü ABŞ-da bu günə qədər qeyd edilməyə davam edir. Bu gün ən populyar və istehlakçıların ən çox maliyy sərf etdiyi bayram günlərindən biri olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG