Accessibility links

Anar Məmmədlinin məhkəməsi aprelin 21-nə təyin olunub


Anar Məmmədli

Anar Məmmədli

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” adlandırıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Əliyevin sədrliyi ilə aprelin 21-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

Bu hakim martın 20-də Rəsulzadə qəsəbəsi –Novxanı yolunda baş vermiş avtoqəza ilə bağlı qalmaqalın mərkəzində olub.

KİV-in məlumatına görə, R.Əliyev yolu “qırmızı işıq”da keçib və qəza vəziyyəti yaradıb. Eyni zamanda R.Əliyev onun hərəkətlərindən narazılığını bildirən “Azpetrol” şirkətinə məxsus avtomobilin sürücüsü İlqar Paşayevi döyüb.

Lakin İ.Paşayevə qarşı “xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.

R.Əliyev bildirib ki, o, sürücünü döyməyib, əksinə özü hücuma məruz qalıb.
A.Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur.

Məhkəmə onu üç ay müddətinə həbs edib. Martın 19-da ibtidai istintaq başa çatıb. A.Məmmədli və digər iki fəala qarşı CM-in 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı A.Məmmədlini “vicdan məhbusu” adlandırıb.
XS
SM
MD
LG