Accessibility links

Anar Məmmədlinin məhkəməsində zərərçəkənlər etiraz edib


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Onlar zərər çəkmədiklərini bildirib və zərərçəkən kimi tanınmamalarını məhkəmədən xahiş edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, bu qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi Elnur Məmmədovun işi üzrə məhkəmə prosesi davam edib. Bu gün 12 zərərçəkən ifadə verib. Zərərçəkənlər təqsirləndirilənə iddiasının olmadığını deyib.

ABŞ-ın Milli Demokratiya İnstitutunun baş ofisinin məktubu məhkəməyə təqdim edilib.

Məktubda Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi ilə qrant müqaviləsinin bağlandığı bildirlir.

Milli Demokratiya İnstitutu qran layihənin icrası ilə bağlı iddialarının olmadığını bildirir. Layihələr yerinə yetirilib və vəsait təyinatı üzrə xərclənib.

İnstitut məhkəməni hökm verərkən məktubda göstərilənlərin nəzərə almasını xahiş edir.

Proses mayın 7-də davam edəcək.

Anar Məmmədli 2013-cü ilin dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.
Məmmədli ittihamları qəbul etmir və siyasi sifariş hesab edir.

Amnesty İnternational Anar Məmmədlini vicdan məhbusu elan edib.
XS
SM
MD
LG