Accessibility links

İranın dövlət qurumu Anar adında uşağa da şəxsiyyət vəsiqəsi verməyib


Anar 2015 yanvar ayının 13-də Tehranda dünyaya gəlib

Anar 2015 yanvar ayının 13-də Tehranda dünyaya gəlib

Tehran qeydiyyat idarəsi Anar adının anlamsız və yabancı olduğunu irəli sürüb

“Tehran qeydiyyat idarəsi Anar adının yabançıanlamsız olduğunu iddia edir. Halbuki, bu adın türkcədə mənası anlayandır,” deyə Tehran Sakini Elyas Nemətpur İran qurumlarının yanvarın 13-də dünyaya gəlmiş oğluna şəxsiyyət vəsiqəsi vermədiyini mediaya açıqlayıb.

Elyas Nemətpurun uşağının doğumundan bir neçə gün sonra Tehran vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsinə müraciəti, eləcə də həmin idarənin hesabına yatırdığı məbləğin fakturasının təsviri Oyan News veb səhifəsi tərəfindən nəşr edilib.

Yayılan məlumata görə, kiçik Anar Tehranda dünyaya gəlsə də şəxsiyyət vəsiqəsi çıxarmaqdan imtina edən Tehran qurumu daha sonra onun faylını atasının doğulduğu Şərqi Azərbaycanın Kəleybər şəhərinə göndərib.

“Təəsüflə Kəleybərin qeydiyyat idarəsi də bu adla kimlik vərəqəsi vermədi,”- deyə Nemətpur bildirir.

Son vaxtlarda İranda uşaqlarına seçdiyi ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən bəzi ailələr durumu mətbuatla paylaşmağa başlayıblar.

Nemətpur ailəsi İran dövlət qurumlarından uşağına seçdiyi türk adıyla şəxsiyyət vəsiqəsi ala bilmədiyini mediaya bildirən üçüncü ailədir. Bunlardan Yusifi ailəsi mətbuata verdiyi məlumata görə 7 ay “çalışmaq, dartışmaq və dirənməyin ardından” oğlu Alp Orhan üçün şəxsiyyət vərəqəsi almağı bacardı.

Firuz Yusifi daha əvvəl Amerikanın Səsi ilə söhbətdə Azərbaycan vilayətləri və İranın başqa şəhərlərində yaşayan bir çox türk ailəsinin eyni problemlə üzləşdiyini və umumiyyətlə uşaqları üçün başqa bir ad seçməyə məcbur qaldıqlarını bildirmişdi.

Show comments

XS
SM
MD
LG