Accessibility links

SMDT-nin rəhbəri Anar Məmmədli məhkəməyə ifadə verəcək


Anar Məmmədli
Anar Məmmədli

Bu gün şahidlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun işi üzrə proses davam edib.

Onlar Cinayət Məcəlləsinin 5 maddəsi ilə, - vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, iri məbləğdə əmlakın mənimsənilməsi və vəzifə saxtakarlığı ittiham olunurlar.

Vəkil İradə Cavadovanın Amerikanın Səsinə bildirib ki, bu günkü iclasda müdafiə tərəfinin verdiyi vəsatətləri əsasında əlavə şahidlər dindirilib.

Belə ki, Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertizasının mühasibatlıq üzrə eksperti ifadə verib. Bu ekspert ibtidai istintaq zamanı yoxlama aktları əsasında rəy verib. O bildirib ki, ibtidai istintaqın materialları əsasında rəy verib.
İ
radə Cavadova hesab edir ki, ibtidai istintaq ekpertə düzgün suallar yönəlməyib.

Digər şahidlər isə bildirib ki, çalışdıqları SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin layihələrində iştirak ediblər və əmək haqlarını vaxtında alıblar. Heç bir qanun pozuntusu olmayıb.

İradə Cavada onu da bildirib ki, mayın 14-də daha bir şahid ifadə verəcək və eyni zamanda SMDT-nin rəhbəri Anar Məmmədli, icraçı direktor Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov ifadə verəcək.

Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.
XS
SM
MD
LG