Accessibility links

Konqresmen Christopher Smith Anar Məmmədlinin atası ilə görüşüb


Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Konqresmen A.Məmmədli və B.Süleymanlının məsələsini yaxından izlədiyini və bundan sonra da diqqətdə saxlayacağını deyib

İyulun 1-də ABŞ Konqresinin Helsinki Komissiyasının sədri, respublikaçı konqresmen Christopher Smith Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, vicdan məhbusu Anar Məmmədlinin atası Asəf Məmmədovla görüşüb.

SMDTM-dən Amerikanın Səsinə bildiriblər ki, konqresmen Məmmədlinin və onunla birgə həbs edilmiş Bəşir Süleymanlının vəziyyəti ilə maraqlanıb.

Məhbusun atası Asəf Məmmədov Smitə Məmmədli və Süleymanlıya qarşı irəli sürülən ittihamların əsassız, məhkəmə hökmünün isə ədalətsiz olduğunu konqresmenin diqqətinə çatdırıb.

Öz növbəsində, Smit A.Məmmədli və B.Süleymanlının məsələsini yaxından izlədiyini və bundan sonra da diqqətdə saxlayacağını deyib. Konqresmen hər iki seçki müşahidəçisinin azadlığa buraxılması üçün çalışacağını qeyd edib.

Kristofer Smit prezident İlham Əliyevlə görüş zamanı A.Məmmədlinin məsələsinin müzakirə edildiyini söyləyib.

Görüşdə SMDT-nin koordinatoru Samir Kazımlı da iştirak edib.

XS
SM
MD
LG