Accessibility links

Anar Məmmədlinin səhhəti pisləşib


Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətində problem yaranıb.

Cəzaçəkmə müəssisəsi ekoloji cəhətdən əlverişsiz yerdə yerləşir, - çirkli nohurlar, - antisanitariya mənbələri ilə əhatə olunub. Bu, Anar Məmmədlidə allergiyaya səbəb olub və hazırda o, müalicə alır. Bu barədə Amerikanın Səsinə Məmmədlinin ailəsindən bildiriblər.

Bundan başqa, Məmmədli barakının dəyişdirilməsi xahişi ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edib, belə ki, hazırki saxlanıldığı yerdə şərait pisdir.

Məmmədli həmçinin bildirib ki, cəzaçəkmə müəssisəsinin kitabxanasına yalnız rəsmi qəzetlər gətirilir, müxalif və müstəqil nəşrlər orada yoxdur.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5 il yarım müddətinə azadlıqan məhrumetmə cəzasına məhkum edib.

Amnesty İnternational təşkilatı Anar Məmmədlini “vicdan məhbusu” elan edib. O, Vatslav Qavel adına mükafata layiq görülüb.

XS
SM
MD
LG