Accessibility links

Ancelina Coli nişanlısı Bred Pitdən söhbət açıb


Ancelina Coli nişanlısı Bred Pitlə münasibətləri barədə danışıb

Mister və Missis Smit adlı birgə çəkildikləri ilk filmdən 10 il sonra yeni layihə üzərində yenidən birgə çalışacaqları barədə şaiələri təsdiqləyən aktrisa Extra TV-yə müsahibəsində nişanlısından danışıb.

Ancelina Coli Bredin onun üçün partnyor və uşaqlarının atası olmasından daha yaxın olduğunu deyib.

Aktrisa Bredin onun ailəsi olduğunu söyləyib.

Münasibətlərinin müsbət tərəflərindən çox danışan Coli hər kəs kimi onlarında aralarında söz-söhbət olduğunu etiraf edib.

Aktrisa münasibətlərdə biri-birini bağışlamağın vacibliyini vurğulayıb.
XS
SM
MD
LG