Accessibility links

Hollivud cütlüyü Bred Pittlə Ancelina Coli nikah müqaviləsi imzalayıb.

Onların hər ikisi də bundan əvvəl evli olub və boşanıb. Ona görə də evlilikdən əvvəl maliyyə məsələlərini aydınlaşdırmaq istəyirlər.

Deyilənə görə, 101 səhifəli sənəddə cütlük ayrılsa Bred Pittin 161 milyon dollar dəyərində əmlakı onun özünə qalır. Ancelina Coliyə isə 144 milyon dollarlıq əmlak veriləcək. Yaxşı fikirdir. Amma yəqin ki, 38 yaşlı aktrisa müqavilə imzalamağa o qədər də könüllü olmayıb. Onu bu müqaviləni imzalamağa Bred Pitt inandırıb.

Romantik olması ilə yanaşı 49 yaşlı aktyor tədbirli olmağın vacib olduğunu düşünür. Dünyanın hər yerində mülkləri və 320 milyon dollarlıq vəsaiti olan çütlüyün ehtiyatlı olmalarını başa düşmək olar.
XS
SM
MD
LG