Accessibility links

Məşhurlar: Ancelina Coli yeni filminə görə məhkəməyə verilib (video)


Məşhurlar: Ancelina Coli yeni filminə görə məhkəməyə verilib (video)
Məşhurlar: Ancelina Coli yeni filminə görə məhkəməyə verilib (video)

Ancelina Coli əri Bred Pitlə özünün rejissor kimi ilk işi olan “In the Land of Blood and Honey” filminin Nyu York şəhərində keçirilən premyerasında iştirak edib. Mərasimdə hətta Bredin valideyinləri belə iştirak edib. Hollivud cütləri üçün filmin açılış gecəsi deyəsən həyəcanlı keçib. Amma həyacan yaradan başqa məsələdə var. Belə ki, Ancelina yeni filminə görə məhkəməyə verilib.

Məşhurlar: Ancelina Coli yeni filminə görə məhkəməyə verilib (video)
Məşhurlar: Ancelina Coli yeni filminə görə məhkəməyə verilib (video)

Məhkəmənin sənədləri Colinin yeni filiminin syujetinin 2007-ci ildə xorvat müxbiri Ceyms Braddokun yazdığı məqalədən oğurlandığına iddia etdiyin açıqlayıb. Sənədlərə əsasən Braddokun hekayəsi və Colinin ssenariləşdirdiyi və çəkdiyi “Blood and Honey” filmi zorlamaya məruz qalmış qadının düşərgədə əsir saxlanılaraq xidmət göstərməsi barədə oxşar hekayələrdir. Oxşarlıq heyrətamiz dərəcədə gözə çarpandır. Görəsən Ancelina Coli müəlliflər hüququnu oğurlamış ola bilər? Yalnız vaxt bu müəmmalı məsələyə aydınlıq gətirəcək.

XS
SM
MD
LG