Accessibility links

Ancelina Joli humanitar fəaliyyətinə görə fəxri mükafat alıb


Ancelina Joli bir daha Oskar mükafatına layiq görülüb. Amma bu dəfə aktyorluq işinə görə deyil.

Aktrisa fəxri mükafatı humanitar işinə görə alıb. Jean Hersholt Humanitar Mükafatı 37 yaşlı aktrisaya 15-ci Qubernatorların Mükafatı mərasimində təqdim ediləcək.

Bu mükafat humanitar fəaliyyətləri kino sənayesinə reytinq gətirən sənətçilərə verilir. Mükafatın əvvəlki qalibləri Opra Vinfrey, Cerri Levis və Quinsi Cons olub.

Aktrisa “Sarsılmaz” filmini çəkmək üçün altı uşağını Avstraliyaya aparıb. İndi mərasimdə iştirak etmək üçün o, Los Ancelesə qayıtmalıdır.
XS
SM
MD
LG