Accessibility links

Ancelina Coli müharibə zonalarında seksual zorakılıqlardan danışıb


Ancelina Coli müharibə zonalarında seksual zorakılıqlara son qoyulmasına dair Londonda keçirilən Qlobal Sammiti açıb.

Aktrisa və humanitar fəal 300 nəfərin iştirakı ilə dörd günlük zirvə görüşündə giriş çıxışı edib.

Altı uşaq anası bəşəriyyətə seksual zorakılığa məruz qalmanın ismətsizlik hesab edilmədiyi və bu ləkəni təcavüzkarındaşımalı olduğu mesajını çatdırmağın vacibliyini vurğulayıb.

BMT-nin xüsusi elçisi Coli zirvə görüşünü Britaniya xarici işlər naziri Uilyam Heyq və baş nazir Deyvid Kameronla birgə açıb.

Mərasimə eyni zamanda ABŞ dövlət katibi Con Kerrinin qoşulması gözlənilir. Mərasimin məqsədi seksual zorakılıq əleyhinə mübarizəni gücləndirməkdir.
XS
SM
MD
LG