Accessibility links

Ancelina Coli və Bred Pittin boşanma prosesi davam edir


Ancelina Coli və Bred Pittin boşanma prosesi xoşagəlməz şəkildə davam edir. Belə ki, Ancelina Coli Bred Pittin adını və şöhrətini ləkələmək fikrində qətidir.

Us Magazine-ə istinadən Ancelinanın komandası təhqir və hirsli rəftar da daxil olmaqla Bredə qarşı bir sıra ittihamlarla çıxış edir, ona qara yaxmağa çalışır.

TMZ Bredin şəxsi təyyarədə ikən təhqiramiz ifadələr işlətdiyini və uşaqlarına əl qaldırdığını yazır. Və məhz buna görə Ancelinanın cana gəldiyini və boşanmağa ərizə verdiyi ehtimal edilir.

Əlbəttə ki, Ancelinanın boşanma qərarı əvvəlcədən düşünülmüş, strateji və şok doğurucu olub. Bred isə bütün bunlara hazırlıqsız yaxalanıb.

Us Magazine yazır ki, Coli Malibuda gizlənmək üçün əvvəlcədən ev icarə edib və məhkəmə binasının bağlanmasından bir dəqiqə əvvəl boşanmağa ərizə verib.

Bred isə vəkil belə tutmayıb. Əvəzində bütün bu vaxtı oturub ağlayıb.

Ancelina görünür hələ də uşaqlarla birgə kirələdiyi evdə gizlənir və Bredlə bütün əlaqələri kəsib. Bred onlar ayrıldıqdan bəri uşaqlarla görüşə bilmir.

Hələlik hadisə barədə yalnız şayiələr gəzir. Amma cütlüyün ailəsində baş vermis bu xoşagəlməz hadisə məyusedicidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG