Accessibility links

Cennifer Aniston hər yerdə müzakirə mövzusuna çevrilib


Bred Pitt və Ancelina Colinin yollarının ayrılmasından sonra Cennifer Aniston hər yerdə müzakirə mövzusuna çevrilib.

Page Six yazır ki, Cennifer məşhur cütlüyün nə vaxtsa ayrılacağını demişdi. Ona görə də xəbəri eşidəndə təəccüblənməyib.

Aktrisaya yaxın mənbə bildirib ki, Cenniferə yaxın hər kəs Ancelinanın manipulyasiya etməkdə mahir olan dəlisov qadın hesab edir.

Amma onlar ehtimal edirdi ki, onlar arasında münasibət Ancelina Colinin Bredi başqasına dəyişməklə başa çatacaq.

Mənbə bildirib ki, Aniston keçmiş həyat yoldaşının boşanma xəbərinə sevinmir. Bazmayaraq ki, Coli hələ Bredlə Cennifer evli olan zaman Bredi Cenniferin əlindən alıb.

Söhbət gəzir ki, Cennifer hələ də Bred haqda müsbət düşünür və ona xoşbəxtlik arzulayır. Cennifer hazırda Castin Teroxla xoşbəxtdir.

Onların boşanmaları haqda xəbərlər başlıqlara çıxdığı zaman Cennifer bu məsələdən kənar durmağa çalışır. Amma internet hər yerdə onu bu məsələnin ortasına gətirir.

XS
SM
MD
LG