Accessibility links

Oskar mükafatı laureatı Ancelina Coli xərçəng xəstəliyi riskini azaltmaq üçün xüsusi prosedurdan keçdiyini deyib.

The New York Times-ın bugünkü buraxılışında Coli onda döş və yumurtalıq xərçəngi riskini artıran genin olduğunu öyrəndikdə xüsusi prosedurdan keçmək qərarına gəldiyini deyib.

Onun sözlərinə görə, fevral ayında başlanan və aprel ayının sonlarınadək davam edən prosedur aktrisada xərçəng xəstəliyi riskini 87-dən 5 faizə endirib.

Coli deyib ki, anasının 2007-ci ildə 56 yaşında xərçəng xəstəliyindən vəfat etməsi onun bu prosedurdan keçməyə qərar verməsində əsas rol oynayıb.

Aktrisa sənətindən başqa Coli BMT-nin xoşməramlı səfiri kimi də xidmət göstərir.

Səkkiz amerikalı qadından biri (12%) döş xərçəngi diaqnozu ilə üzləşir. Hər il təqribən 40 min amerikalı qadın döş xərçəngi üzündən vəfat edir. ABŞ-da xərçəng xəstələyindən müalicə olunmuş üç milyon qadın var.
XS
SM
MD
LG