Accessibility links

Anсelina Joli Myanmarda qaçqınların vəziyyəti ilə tanış olub


Aktrisa və humanitar fəal Ancelina Joli Myanmar müxalifət lideri və demokratiya uğrunda mübarizə Aunq San Su Çi ilə Yanqonda qadınların çalışdığı fabrikada olub. Ziyarətin əsas məqsədi burada çalışan insanların yaşayış və iş şəraitinə diqqət artırılmasından ibarətdir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi olan Ancelina Joli Cənubi Asiya regionuna dörd günlük səfər edir.

Myanmarın ən böyük şəhəri olan Yanqon ətafında yerləşən fabrikin işçiləri ilə görüşdə Ancelina Joli və Aunq San Su Çi yataqxanalarda qalan qadınların yaşayış şəraiti ilə tanış olmaq imkanı əldə ediblər. Ancelina Joli fabriki də gəzib qadınların iş şəraiti ilə tanış olub.

Joli bu həftənin əvvəli Myanmar hökuməti və etnik üsyançılar arasında 2011-ci ildə atəşkəsdən sonra yerlərini tərk etmiş 10 min insanın sığınacaq tapdığı Kaçin ştatına səfər edib.

O həmçinin Myanmarda məcburi köçkünlərin yaşayış şəraitinə diqqət yönəltmək üçün Rohinya etnik azlıqlığının nümayəndələri ilə görüşüb.

Ancelina Joli seksual zəmində zorakılıqlara qarşı təşəbbüs üzərində birgə iş apardığı Aunq San Su Çinin dəvəti ilə Myanamara səfər edib.

XS
SM
MD
LG