Accessibility links

Qədim buzlaqlar qlobal iqlim dəyişikliyini proqnozlaşdırmağa yardım edə bilər [Video]


Qədim buzlaqlar qlobal iqlim dəyişikliyini proqnozlaşdırmağa yardım edə bilər
please wait

No media source currently available

0:00 0:01:08 0:00

Gələcəkdə iqlim dəyişikliyini proqnozlaşdırmağa çalışan alimlər keçmiş zamanlarda iqlim dəyişikliyinin necə baş verdiyini müəyyən etməyə çalışır. Onlar hər hansı bir dəlil tapmaq üçün yüz min illlər əvvəl formalaşmış buzlaqları araşdırır.

Kiçik bir buz parçasına qəhvə dənəsi kimi xırda bir hissəciyin qonması soyuducuda buz yaranan zaman nələrin baş verdiyi haqda məlumat verə bilər. İndi təsəvvür edin ki, araşdırmalar bu buz parçalarından qat-qat böyük və çox köhnə buzlaqlar üzərində aparılır. Buz laboratoriyasından Ceffri Haeqrives: “Bu buz parçasının 400 min il yaşı var. Fikrimcə, bu çox qiymətli parçadır və mənim işim bunun olduğu kimi qalmasından əmin olmaqdır.”

Cənub Qütbü kimi yerlərdən gətirilən bu qədim buzların özəyi tədqiqatçılara vulkan aktivliyi kimi hadisələrin iqlim dəyişikliyinə necə təsir etdiyini öyrənmək imkanı verə bilər. Belə buz parçaları Kolorado ştatında nəhəng buzxanalarda saxlanır.

Brus Vanen bu araşdırmaları aparan alimlərdən biridir. “Buz özəyinin parametrləri ölçüsündə əvvəlki iqlim modellərini təhlil edə bilmək imkanı bizdə gələcək modellərin necə olacağı haqda aydın təsəvvür yarada bilər.”

Buz özəyindən əldə edilən məlumatlar gələcəkdə iqlim dəyişikliyinin proqnozlaşdırılması üçün imkanlar yaradacaq.

XS
SM
MD
LG