Accessibility links

Anders Fog Rasmussen Əfqanıstandakı koalisiya qüvvələrini alqışlayıb


Anders Fog Rasmussen Əfqanıstandakı koalisiya qüvvələrini alqışlayıb
Anders Fog Rasmussen Əfqanıstandakı koalisiya qüvvələrini alqışlayıb

NATO-nun baş katibi Anders Fog Rasmussen Əfqanıstandakı koalisiya qüvvələrini alqışlayaraq, onların Quranın nüsxələrinin yandırılmasından sonra baş qaldıran etirazlar zamanı peşəkarlıq və təmkin nümayiş etdirdiyini yüksək qiymətləndirib.

Vaşiqntonda təşkil edilən NATO seminarında Rasmussen deyib ki, 4 Amerika əsgərinin ölümünə səbəb olan iğtişaşlara baxmayaraq, koalisiya qüvvələri Əfqanıstanda sabitliyin bərqərar edilməsi yolunda işini davam etdirməlidir.

NATO rəhbəri ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin baş komandanı, general Con Alleninin Amerikanın bütün hərbi məsləhətçilərinin nazirliklərdən kənarlaşdırılması qərarına dəstək verdiyini bildirib. Qərar ötən şənbə günü iki ABŞ həbrçisinin öldürülməsindən sonra verilib.

Lakin Anders Fog Rasmussen deyib ki, bu kimi hücumlar NATO ilə Əfqanıstanın təhlikəsizlik qüvvələri arasındakı genişmiqyaslı əməkdaşlığa mane olmayacaq.

Keçən həftədən bəri ABŞ-ın Əfqanıstandakı səfirliyi bağlıdır. Səfirlik o ölkədəki amerikalıların təhlükədə olduğu barədə xəbərdarlıq yayıb.

XS
SM
MD
LG