Accessibility links

Anders Foq Rasmussen: Gürcüstan NATO-ya xeyli yaxınlaşıb


Anders Foq Rasmussen: Gürcüstan NATO-ya xeyli yaxınlaşıb

Anders Foq Rasmussen: Gürcüstan NATO-ya xeyli yaxınlaşıb

Baş katib bildirib ki, NATO islahatların həyata keçirilməsində Gürcüstanı dəstəkləməkdə davam edəcək.

Turan Agentliyinin məlumatına görə, NATO-nun baş katibi Anders Foq Rasmussen əmin olduğunu bildirib ki, Gürcüstan demokratik dövlət quruculuğunu davam etdirəcək və gələcəkdə Alyansın üzvü olacaq.

“Mən Gürcüstanın NATO-nun tamhüquqlu üzvü olacağı günü gözləyirəm”, - Rasmusmen bu gün Tbilisidə parlamentin spikeri David Bakradze ilə görüşündən sonra deyib.

NATO-nun baş katibi və Şimali Atlantika Alyansının üzvləri Gürcüstan-NATO komissiyasının iclasında iştirak etmək və ölkə rəhbərliyi ilə görüşləri davam etdirmək üçün ötən gün Tbilisiyə gəlib.

“NATO islahatların həyata keçirilməsində Gürcüstanı dəstəkləməkdə davam edəcək. Üç il əvvəl Buxarest sammitində razılaşdıq ki, Gürcüstan NATO-ya üzv olacaq və bu qərar bizim müttəfiqlər üçün dəyişməz olacaq. Buxarest sammitindən sonra Gürcüstan NATO-ya xeyli yaxınlaşıb. Lakin bəzi sahələrdə çox çalışmaq lazımdır, ilk növbədə islahatlar aparmaq lazımdır, bu, NATO-ya bilet olacaq”, - Rasmussen komissiyanın iclasında bildirib.

O, müdafiə sahəsində də müvafiq islahatların aparılmasının vacibliyini vurğulayıb. “Gürcüstanın müvafiq maliyyələşməni və öz müdafiə strukturunu təşkil etməsi, bu gün mövcud olan və sabah mövcud olacaq çağırışlara hazır olması vacibdir”, - baş katib bildirib.

“NATO səfirləri beynəlxalq aləmdə qəbul olunmuş sərhədlər çərçivəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tanıyıblar”, - NATO-Gürcüstan komissiyasının iclasının yekunlarına əsasən birgə bəyanatda deyilir.

NATO ölkələri nümayəndələri “Cənubi Osetiyanın və Abxaziyanın tanınmaması ilə bağlı siyasətlərini təsdiqləyiblər və NATO-nun Lissabon sammitində qəbul olunmuş qərarları, əsasən Rusiyanı Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarını müstəqil dövlət kimi tanımasına yenidən baxmağa çağırmağa davam etmək barədə qərarı xatırladıblar”, - sənəddə vurğulanır.

Şimali Atlantika Şurasının üzvləri bildiriblər ki, NATO Buxarest sammitinin qərarlarına əsaslanaraq gələcəkdə Gürcüstanı alyansa qəbul etmək niyyətindədir.

XS
SM
MD
LG