Accessibility links

NATO baş katibi Cənubi Qafqaz ölkələrində səfərdədir


Əfqanıstanda 3 NATO əsgəri həlak olub
Əfqanıstanda 3 NATO əsgəri həlak olub

Anders Foq Rasmussen Qarabağ münaqişəsində tərəfləri qarşıdurmaya qayıtmamağa çağırıb

Azərbaycan ağır qətl törədən Ramil Səfərovu məşhurlaşdırmamalıdır, bu barədə NATO baş katibi Anders Foq Rasmussen sentyabrın 6-da Yerevan Dövlət Universitetinin tələbələri ilə görüşdə bildirib.

“İki ölkə arasında münaqişə bərpa olunmamalıdır, gərginlik azalmalıdır, güclənməməlidir. Qafqaz bölgəsi böyük potensiala malikdir”, deyə Rasmussen bildirib.

Suallara cavab verən Rasmussen Azərbaycana səfəri zamanı bu qərarın narahatlıq doğurduğunu və etimad qurulmasına ziyan vurduğunu president Əliyevin diqqətinə çatdıracağını qeyd edib. “Bu dəhşətli faciə cinayətdir, cinayət isə təriflənməməlidir”, deyə o bildirib.

Eyni zamanda, o qeyd edib ki, Qarabağ münaqişəsinin tərəfləri qarşıdurmaya qayıtmamalıdırlar.

Qeyd edək ki, Rasmussenin Bakıya səfərinin rəsmi hissəsi sentyabrın 7-də səhər başlayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG