Accessibility links

Güneydə Ana Dili Günü həbsləri ilə bağlı son məlumatlar


Həbs edilmiş fəallar

Həbs edilmiş fəallar

Hüquq müdafiəçiləri və Azərbaycan veb səhifələri xəbər verir ki, ötən günlərdə Dünya Ana Dili Günü tədbirləri ilə bağlı İran Azərbaycanı və Tehranda baş verən kütləvi həbslər zamanı nəzarət altına alınmış 100-dən artıq fəaldan təqribən 50 fəal zəmanət qarşılığında sərbəst buraxılsa da onlarla fəal hələ də həbsdə qalır. Əhər həbsxanalarında onlarla, habelə Ərdəbilin Muğan bölgəsi, Tehran və Məlikəndi kimi şəhərlərdə tutulan bir çox milli fəal hələ də İran polisi və təhlükəsizlik qurumlarının həbsxanalarında saxlanılmaqdadır. Bəzi məhbusların aclıq aksiyasına başladığı bildirilir.

Yayılan xəbərlərə görə, Tehranın Nəsim-şəhr və Əkbər Abad bölgələrində qeyd edilən ana dili günü tədbirlərində məmurlar tərəfindən döyülərək həbs olunan bəzi fəalların durumu ağırdır. Günaz TV saytı milli fəal və keçmişdə fəaliyyətləri üzündən universitet müəllimliyi vəzifəsindən kənarlaşdırılmış Əlirza Fərşinin tutulduğu zaman yaralandığını bildirib. Tehranda həbs olunanlardan Əlirza Fərşidən əlavə tanınmış fəal Əkbər Azad, habelə İsrafil Sultaniyan, Mənsur Fəthi və Behnam Şeyxinin adları yayılıb.

Milli fəallar bu həbsləri ana dilində təhsil haqqı ilə bağlı vədlər verən Həsən Ruhani hökumətinin qeyri-səmimiliyi kimi qiymətləndirirlər. Bu həbslərin 2007-ci ilin fevral ayından bəri ana dili mərasimləri ilə bağlı baş vermiş ən geniş həbs dalğalı olduğu bildirilir.
Oyan News saytının yaydığı məlumata görə, fevralın 20-də Əhərdə tutulan fəalların bir neçəsi o cümlədən, Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Savalan (Rəşidi), İbrahim Nuri, Behzad Əbdi, Əkbər Abulzadə və Abbas Nəzəri Ettelaat həbsxanasına aparılıb. Onlarla fəal Əhər zindanında saxlanılmaqdadır.

Bu məlumata əsasən təhlükəsizlik qurumunun həbsxanasına aparılan fəallar aclıq aksiyasına başlayıblar. Həmçinin həbs edilimiş bir çox fəalın sərbəst buraxılması üçün müəyyənləşmiş yüksək məbləğli zəmanətləri verməkdən imtina etdiyi bildirilir. Bir çox fəalın sərbəst buraxılması üçün 100 milyon tümənə qədər zəmanət istənilib.

“Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar təqribən bir həftə öncə Ərdəbilin Muğan bölgəsində tutulan fəallar Səid Hüseyni və Nasir Abdulhüseynzadəyə həbs edildikdən bəri ailələri ilə telefon təması ya görüşmə icazəsi verilməyib,” deyə Oyan News qeyd edib.

Bir çox fəalın sərbəst buraxılması üçün 100 milyon tümənə qədər zəmanət istənilib.
Zəncan, Binab, Qoşaçay, Salmas və Məlikəndi (Məlikan) şəhərlərində də bir neçə fəalın həbs ediliyi bildirilib. Bəzi şəhərlərdə isə əsasən ana dili günü tədbirlərinin keçirilməsinin qarşısı alınıb.

Təhlükəsizlik qurumları Urmiyənin Quluncu qəsəbəsində 2009-cu ilin ana dili günündə vəfat etmiş məşhur şair və din alimi mərhum Dədə Katibin məzarı üstündə təşkil olunmuş ana dili günü tədbirinin keçirilməsinə mane olub. Azərbaycan veb səhifələrinə istinadən, İranın təhlükəsizlik məmurları milli fəallar və əhaliyə hədə-qorxu gəliblər.

Milli fəallar bu həbsləri ana dilində təhsil haqqı ilə bağlı vədlər verən Həsən Ruhani hökumətinin qeyri-səmimiliyi kimi qiymətləndirirlər. Bu həbslərin 2007-ci ilin fevral ayından bəri ana dili mərasimləri ilə bağlı baş vermiş ən geniş həbs dalğalı olduğu bildirilir. “Həsən Ruhaninin verdiyi sözlərdən sonra İran hakimiyyətinin ana dili günü tədbirlərini belə sərt şəkildə basdırıb, fəalları kütləvi şəkildə nəzarət altına alması gözlənilmirdi,” deyə güneyli vəkil Saleh Kamraninin həbs dalğası ilə bağlı sözləri mətbuatda əks edilib.

Əhər şəhərində həbs edilənlərdən yazar və türk dili müəllimi Ruzbeh Səadəti ötən həftələrdə Amerikanın Səsinə müsahibə vermişdi. Həmin müsahibədə o, Ruhani hökümətinin qeyri-fars etnik qrupların haqları ilə bağlı verdiyi sözlərini və bu xüsusda ciddi olub- olmadığını sonrakı prosesləri gördükdən sonra dəyərləndirə biləcəyini söyləmişdi.
XS
SM
MD
LG