Accessibility links

Andrea Huber: Azərbaycan hökuməti siyasi azadlıqları boğur

  • Əsgər Möhsümoğlu

Andrea Huber: Azərbaycan hökuməti siyasi azadlıqları boğur

Andrea Huber: Azərbaycan hökuməti siyasi azadlıqları boğur

"Biz hesab edirik ki, 2010-cu ildə Azərbaycanda bu sahədə vəziyyət daha da pisləşir," deyə Amnesty International təşkilatının Avropa və Orta Asiya proqramının direktoru bildirib.

Azərbaycanda toplaşma azadlıqlarına qoyulan sərt məhdudiyyətlər beynəlxalq insan haqları qruplarının Azərbaycan hökumətini vətəndaşların konstitutsiya hüquqlarına hörmət etmək barədə çağırışlarına yol açıb. Müsahibimiz Amnesty International təşkilatının Avropa və Orta Asiya proqramının direktoru Andrea Huberdir.

Sual: Amnesty International bu günlərdə Azərbaycanda toplaşma azadlığının pozulmasına dair bəyanat verdi və Azərbaycan hökumətini siyasi azadlıqlara hörmət etməyə çağırdı. Bu bəyanata əlavə aydınlıq gətirə bilərsinizmi?

Cavab: Biz Azərbaycanda ifadə azadlığı, söz azadlığı və insan haqlarını diqqət mərkəzində saxlayırıq; belə ki, Azərbaycanda siyasi azadlıqlara qarşı basqılar başlıca narahatlıq mənbəyidir. Vəziyyət ümumilikdə regionda ürəkaçan deyil. Lakin biz hesab edirik ki, 2010-cu ildə Azərbaycanda bu sahədə vəziyyət daha da pisləşir. Biz düşünürük ki, Azərbaycanda ifadə azadlığı və toplaşma azadlığı yönümündə iş aparmaq mühümdür, çünki bu, ümumi anlamda insan hüquqlarına sirayət edir. Azərbaycanda müxtəlif yollarla biz basqıların həyata keçirildiyini müşahidə edirik. Belə görünür ki, ölkədə küçə nümayişlərinə total qadağa qoyulub. Heç bir qrupa hətta dinc aksiya belə keçirməyə icazə verilmir. Müxalifət fəalları həbs olunub. Jurnalistlərə qarşı təqiblər və təhdidlər araşdırılmayıb. Bir neçə halda jurnalistlərə və insan haqları müdafiəçilərinə qarşı xuliqanizm, difamasiya və başqa saxta ittihamlar irəli sürlüb. Bunlar bizi narahat edir.

Sual: Qarşıdan parlament seçkiləri yaxınlaşır. Bununla bağlı sizdə nə kimi narahatlıqar var. Ümumiyyətlə, Azərbaycanda insan haqları ilə bağlı başqa hansı narahatlıqlarınız mövcuddur?

Cavab: Seçkilər qabağı periodda səsvermə azadlığı və toplaşma azadlığı daha mühümdür. Biz narahatıq ki, son basqılar qarşıdan gələn seçkilərlə əlaqədardır. Vəziyyət daha da pisləşə bilər. Biz yalnız Azərbaycan hökumətini bu hüquqlara hörmət etməyə səsləyə bilərik və xatırlada bilərik ki,Ş Azərbaycana mülki və siyasi hüquqlar üzrə beynəlxalq konvenziyaya imzalıdır. O, həmçinin toplaşma və ifadə azadlıqlarının qorunmasını şərt qoyan Avropa Şurasının üzvüdür. Çağırışın məramı budur ki, həmin hüquqlara hörmət edilsin.

Bundan əlavə biz Azərbaycanda işgəncə və pis rəftara dair hüquq pozuntularını sənədləşdirmişik. Biz narahatıq ki, Azərbaycanda etiraflar səhih istintaq əvəzinə işgəncə vasitəsilə əldə olunur. Belə görünür ki, işgəncə və cəzasızlıq bir-biri ilə əlaqəlidir. Cinayət törədənlər cəzalandırılmır. Qurbanlara kompensasiya ödənilmir. Hüuq pozuntularına dair effektiv təhqiqat aparılmır.

Sual: Sizin təşkilatınız dünya boyu insan hüquqlarının pozulması hallarını araşdırır. Başqa dövlətlərə müqayisədə Azərbaycanın mövqeyini necə dəyərləndirərdiniz?

Cavab: Biz müqayisə aparmaqda çox ehtiyatlıyıq. Dünyanın istənilən yerində hətta bir hüquq pozuntusu belə bizim üçün mühümdür. Biz başqa təşkilatar kimi siyahılar və qrafiklər hazırlamırıq. Ümumən Avrasiya regionuna gəldikdə bizdə belə bir təsəvvür var ki, burada toplaşma azadlığı və ifadə azadlığı ilə bağlı ciddi problemlər mövcuddur. Lakin basqıların gücləndiyi Azərbaycanda bu, xüsusi narahatlıq mənbəyidir.

XS
SM
MD
LG