Accessibility links

Kütləvi qətl hadisələri törədən norveçli azadlıqdan məhrum edilib


Andres Berin Breyvik 21 il müddətinə həbs cəzasına məhkum edilib

Norveç məhkəməsi keçən ilin iyul ayında iki ayrı-ayrı hücum zamanı 77 nəfəri qətlə yetirilməsini etiraf edən Anders Berin Breyvikin ağlı başında olduğu qənaətinə gəlib.

Məhkəmə Breyvikin 21 il müddətinə azadlıqdan məhrum edilməsi və bu həbs müddətinin onun təhlükəli olduğu müddətə qədər uzadılacağına dair hökmü çıxarıb. Prokurorluq onun haqqında ruhi xəstəlik hökmünün çıxarılmasına çalışırdı və bu halda Breyvik ruhi xəstəliklər dispanserinə göndəriləcəkdi.

Breyvik Oslodakı hökumət binasını və siyasi gənclər düşərgəsinı bombaladığını və güllələdiyini etiraf edib. O, iki psixiatrik müayinəsindən keçib. Müayinələrdən biri onda əqli çatışmazlıq , digər müayinə isə onun ağlı başında olduğunu müəyyən edib.

Breyviki müdafiə edən vəkili həbs cəzası ilə bağlı növbəti instansiyaya şikayət etməyəcəklərini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG