Accessibility links

Angela Merkel Kiyevdə Petro Poroşenko ilə görüşüb


Ukrainian Flag

Ukrainian Flag

Almaniya kansleri Angela Merkel Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşərək ölkənin Rusiya ilə yaşadığı gərginliyi müzakirə edib. Görüş Rusiyanın humanitar yardım karvanının ölkəyə icazəsiz daxil olmasından bir gün sonra keçirilib.

Bu gün Kiyevə çatan xanım Merkel deyib ki, onun səfəri Ukraynanın ərazi bütövlüyü ilə bağlı "çətin ancaq qərarlı zaman"a təsadüf edir. Kanslerin sözlərinə görə, sülh üçün bir yol tapılmalıdır. Cənab Poroşenko xanım Merkele səfəri və Almaniyanın ölkəsinə dəstəyi üçün təşəkkürünü bildirib.

Xatırladaq ki, dünən Ukrayna rəsmilərinin icazəsi olmadan ölkə ərazisinə daxil olan Rusiyanın yardım karvanı daha sonra Rusiyaya geri qayıdıb.

Sərhəddə yoxlama üçün konvoyun icazəsin Ukrayna ərazisinə daxil olması Ukrayna, ABŞ, NATO və Avropa Birliyində ciddi etirazla qarşılanıb.

Dünən Ağ Ev rəsmiləri bu addımı Ukrayna suverenliyinin kobud şəkildə pozulması adlandırıb və Rusiyanın dərhal konvoyu ölkədən çıxarılmasını tələb edib.

BMT baş katibi Ban Ki Mun da bu hərəkət barədə narahatlığını ifadə edərək deyib ki, belə addımların Ukraynanın şərqində gərgin olan vəziyyəti daha da təhlükəli etmək ehtimalı var.

Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, hümaniyar yardım aparan karvan sərhəddə gözləməkdə bezib və bu ləngitməni qəbuledilməz adlandırıb. Nazirliyin bəyanatında deyilir ki, yaşlılar, uşaqlar və qadınların təcili humanitar yardıma ehtiyacı var.

XS
SM
MD
LG