Accessibility links

Barak Obama və Angela Merkel Ağ Evdə açıqlama verib (YENİLƏNİB)

  • Amerikanın səsi

Barak Obama və Angela Merkel Ağ Evdə açıqlama verib (YENİLƏNİB)

Barak Obama və Angela Merkel Ağ Evdə açıqlama verib (YENİLƏNİB)

Bu gün axşam təşkil olunacaq ziyafət zamanı cənab Obama xanım Merkeli ABŞ-ın Azadlıq Medalı ilə təltif edəcək

ABŞ prezidenti Barak Obama deyir ki, Liviya lideri Müəmmar Qəzzafinin hakimiyyətdən getməsi vaxt məsələsidir. Cənab Obama Almaniya kansleri Angela Merkellə birgə Ağ Evdə açıqlama verib. O deyib ki, hər iki liderin fikrincə cənab Qəzzafinin istefa verməlidir və Liviya xalqa hakimiyyətə yiyələnməlidir.

Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Barak Obama ilə görüşmək üçün Vaşinqtondadır. Təntənəli mərasimlərdən kənarda iki ölkə liderinin iqtisadi məsələlər və Liviya məsələsini müzakirə ediblər.

İki lider bu gün keçirilən görüşdə Almaniyanın dəstəkləmədiyi layihə olan Liviyada NATO əməliyyatlarını müzakirə edib. Rəsmilər deyir ki, iki lider habelə Əfqanıstan, Tunis, Yaxın Şərq sülh prosesi və qlobal iqtisadiyyat mövzularına toxunublar.

Liderlər keçirdikləri birgə mətbuat konfransında qarşılıqlı maraq doğuran məsələlər barədə ölkələrinin izlədiyi siyasəti açıqlamışlar.

Bu gün axşam təşkil olunacaq ziyafət zamanı cənab Obamanın xanım Merkeli ABŞ-ın Azadlıq Medalı ilə təltif edəcəyi bildirilib. Angela Merkel Almaniya kansleri olan ilk qadındır.

Prezident Obama və kansler Merkel dünən Vaşinqtonun taxiri Georgetown məhəlləsində prestijli restoranların birində nahar ediblər.

Xanım Merkelin Vaşinqtona səfəri Almaniyanın E.coli bakteriyası ilə mübarizə apardığı vaxta təsadüf edir.



XS
SM
MD
LG