Accessibility links

Almaniyada parlament seçkilərində Angela Merkelin Xristian Demokratları qalib gəlib


Dünən Almaniya keçirilən seçkilərdə kansler Angela Merkelin rəhbərlik etdiyi mühafizəkarlar qalib gəlsə də, tam üstünlük əldə etməkdən cüzi səslə geridə qalıb.

Seçkilərin yekun nəticələrinə görə xanım Merkelin Xristian Demokratları səslərin 41.5 faizini əldə edib və bu, aşağı palatada mütləq üstünlük üçün cəmi beş yerin çatışmaması deməkdir.

O, çox guman ki, səslərin 26 faizini toplayan Sosial Demokratlarla böyük koalisiya təşkil etməyə çalışacaq.

Xanım Merkel liberal tərəfdaşları olan Azad Demokratlara üstünlük versə də, onlar 4.8 faiz səs toplayaraq parlamentdə yer əldə etməyə üçün 5 faizlik səs tələbinin öhdəsindən gələ bilməyib.

Parlamentin aşağı palatasına üzvləri seçmək üçün 62 milyon alman səs vermək hüququna malik olub. Aşağı palata isə ölkənin kanslerini seçir. Son nəticələr xanım Merkelin üçüncü dəfə kansler olmaq imkanı yarada bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG