Accessibility links

Almaniya kansleri Angela Merkel prezident Barak Obamaya dostlara qarşı casusluğun qəbuledilməz olduğunu aydın şəkildə çatdırdığını deyib.

28 üzvü olan Avropa İttifaqının zirvə toplantısında iştirak etmək üçün Brüsselə gələn xanım Merkel bildirib ki, o, çərşənbə günü cənab Obama ilə telefon söhbəti zamanı məsələni müzakirə edib. “Biz müttəfiqlərimizə etibar etməliyik və bu etibar indi yenidən bərpa olmalıdır”-deyə xanım Merkel əlavə edib.

İki lider arasında söhbət ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin kansler Angela Merkelin mobil telefon zənglərini izlədiyi haqda iddiaların açıqlanmasından sonra baş tutub.

Prezident Obama xanım Merkelə deyib ki, Birləşmiş Ştatlar onun danışıqlarını izləmir və izləməyəcək.

Ağ Evin açıqladığı bəyanatda bildirilir ki, prezident Obama və kansler Merkelin iki ölkə və onların müttəfiqilərinin təhlükəsizliyinin və onların vətəndaşlarının özəl həyatının müdafiəsi məqsədilə kəşfiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi haqda razılığa gəlib.

Almaniyanın xarici işlər nazirliyi cümə axşamı məsələni müzakirə etmək üçün ABŞ səfirini nazirliyə çağırıb.

Prezident Barak Obama ABŞ kəşfiyyatının fəaliyyətləri ilə bağlı yeni məlumatları təkzib edbi. Obama administrasiyası ABŞ-ın öz müttəfiqlərinə qarşı casusluq etdiyinə dair yeni iddialarla bağlı kəskin tənqidlərlə qarşılaşıb. Məlumatlar hazırda Rusiyada yaşayan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş kontrtafktoru Edvard Snoudenin ictimaiyyətə açıqlamalarından qaynaqlanır.
XS
SM
MD
LG