Accessibility links

Human Rights Watch: Merkel hüquq müdafiəçilərinin azadlığa buraxılmasını Əliyevdən tələb etməlidir


Human Rights Watch HRW
Human Rights Watch HRW

Yanvarın 21-də Berlində Almaniya kansleri Angela Merkel prezident İlham Əliyevlə görüşəcək. Görüş zamanı Merkel həbsdə olan hüquq müdafiəçilərinin və Azərbaycan hakimiyyəti tənqid edən digər şəxslərin azadlığa buraxılmasını İ.Əliyevdən tələb etməlidir. Bu barədə Human Rights Watch təşkilatının məlumatında deyilir.

Gözlənildiyi kimi, Merkel və Əliyev ikitərəfli münasibətləri, energetika və başqa məsələləri müzakirə edəcəklər.

“Merkel bu imkanı qaçırmamalı və İlham Əliyevi vətəndaş cəmiyyətinin sıxışdırılmasına son qoymağa çağırmalıdır”, - HRW-nin Avropa və Asiya üzrə direktoru Hyu Vilyamson bildirib.

“Hökuməti tənqid edənlərə qarşı ittihamlar siyasi motivlidir və Merkel onların azad edilməsinə nail olmalıdır. O, açıq şəkildə deməlidir ki, əgər hüquq müdafiəçiləri və fəallar azad edilməsələr Almaniya Bakıya Avropa Oyunlarına öz rəsmi nümayəndə heyətini göndərməyəcək”, - Vilyamson vurğulayıb.

Bəyanatın sonunda Merkelin barəsində danışmalı olacağı şəxslərin adları açıqlanır: Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Xədicə İsmayılova, Anar Məmmədli, İlqar Məmmədov.

XS
SM
MD
LG