Accessibility links

Ancelina Colinin uşaqlıq borusu və yumurtalıqları da çıxarılıb [Video]


Ancelaina Colinin yumurtalıqları və uşaqlıq borusu da çıxarıldı
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Hollivudun məşhur aktisası və rejissoru Ancelina Coli xərçəng xəstəliyinin qarşısının alınması üçün onun yumurtalıqlarının və uşaqlıq borusunun çıxarıldığını təsdiq edib. Həkimlər belə bir məsələnin cəmiyyətə açıqlanmasının xərçəng xəstəliyi haqda məlumatlanma yolunda vacib olduğunu deyirlər.

Ancelina Coli bir daha göstərdi ki, o, cəsarətli qadındır. İki il əvvəl dünya bu gözəl aktrisanın döşlərinin ikisinin də kəsilib çıxarıldığı barədə xəbər eşitdi, hərçənd ki, ona döş xərçəngi diaqnozu qoyulmamışdı.

Bu əməliyyat onun ailəsində xərçəng xəstəliyi olduğuna və o zaman onun qan təhlilllərində xərçəng riski yüksək olduğuna görə edildi.

Təzəlikcə qan təhlillərinin aktrisada yumurtalıq xərçənginə tutulma riskinin 50 faiz olduğunu göstərməsindən sonra isə 39 yaşlı Colinin yumurtalığı və uşaqlı boruları çıxarıldı.

Nyu-Yorldakı Memorial Sloan Ketterinq Xərçəng Mərkəzindən onkoloq Keral Braun deyir ki, Coli üzərində aparılan əməliyyat hamıda ola biləcəyi demək deyil. “Mənim fikrimcə Coli bunu ailəsində xərçəng xəstəliyi olmuş və bu xəstəliyin ola biləcəyindən şübhələnilən qadınlara çatdırmaq, həmin qadınlara belə bir ciddi məsələdə qərar qəbul etməyin vacib olduğunu çatdırmaq istəyir.”

Doktor Braun genlərində xərçəng olan və profilaktik əməliyyatlar keçən qadınların 98 faizi xərçəngsiz yaşaya bilər.

Makmillan Xərçəng Mərkəzindən doktor Fran Vudard deyir ki, bütün qadınlar erkən diaqnostokanın vacibliyini başa düşməlidirlər. “Xatırlamaq lazımdır ki, xərçəng sadəcə bizim tutulduğumuz və bundan öldüyümüz xəstəlik deyil. Bu, mürəkkəbdir. Çox sayda adamlar bundan qurtula bilir, və xəstəliyin monitorinqi və riskin azaldılması bu baxımdan önəmlidir.”

Ancelina Colinin əməliyyatı isə o deməkdir ki, onda klimaks başlayacaq və o, hormonlarla müalicə olunacaq.

XS
SM
MD
LG