Accessibility links

Angelina Jolie Türkiyə-Suriya sərhədinə gəlib


Angelina Jolie Türkiyə-Suriya sərhədinə gəlib

Angelina Jolie Türkiyə-Suriya sərhədinə gəlib

BM-nin Qaçqınlar üzrə Ali Komissarlığınin xoşməramlı səfiri Angelina Jolie bu gün Türkiyənin Suriya ilə sərhəd bölgəsinə səfər edib. O, burada ötən həftələr ərzində Suriyadan Türkiyəyə pənah gətirmiş qaçqınlarla görüşüb. Hazırda Türkiyənin Qırmızı Aypara Cəmiyyəti tərəfindən salınmış dörd qaçqın düşərgəsində 10 minə yaxın qaçqın qalır.

“Bu düşərgədə qalan insanlar həyatalarını xilas etmək üçün qaçıblar və onlar Suriyada qalan ailə üzvlərinin taleyindən narahatdırlar,” detyə xanım Jolie bildirib. Görkəmli aktrisa ərini itirmiş və düşərgədə ikən dünyaya övlad gətirmiş bir qadınla görüşüb. Angelina Jolie Türkiyə hökumətini qaçqınları qəbul etdiyinə görə alqışlayıb. “Mən Türkiyəyə açıq-qapı siyasətinə görə təşəkkür edirəm çünki bu addım insanlara sığınacaq və həmin yerlərə qayıtmayacaqlarına dair təminat verir,” deyə xanım Jolie bildirib.

XS
SM
MD
LG