Accessibility links

3D - Müasir dövrün cizgi filmləri [Video]


3D - Cizgi filmləri
please wait
Embed

No media source currently available

0:00 0:03:24 0:00
Müasir dövrün cizgi filmləri yeni texnologiyalar və süjetin dərinliyi sayəsində yeni zirvələrə çatır. Bu filmlərdən biri Din Debloisin dörd il bundan əvvəl çəkdiyi “Əjdahanı necə təlim etmək” filmidir.

2010-cu ildə Hikop adlı yeniyetmənin bir əjdahanı tutaraq, əsir etdiyi və adını Dişsiz qoyduğu filmi ekranlara çıxdı və bu 3D filmi dərhal hit oldu. 4 il sonra “Əjdahanı necə təlim etmək olar-2” filmində Hikopla Dişsiz birlikdə şər qüvvə olan əjdahaya qarşı mübarizə aparırlar.

Bu filmin də 3D variantında olmasına baxmayaraq, filmin rejissoru Din Debloa texnologiyada böyük bir sıçrayış olduğunu və bu filmdəki rənglərin və detalların daha canlı olduğunu deyir. “Əvvəllər suyu, buludları və buzu olduğu kimi göstərmək problem idi, lakin indi bütün bunlar fantastic görsənir. Mən düşünürəm ki, 10 ildən sonra “Əjdahanı necə təlim etmək olar-2” filmi primitiv görsənəcək.

Bu, 1937-ci illərdə Uolt Disney studiyalarında cizgi filmlərinin yaradıcılarını o zaman düşündürə bilərdi. Rəngli cizgi filmlərinin hər bir kadrı əllə çəkilirdi. Disneyin 80 il bundan əvvəl çəkdiyi “Dondurulmuş” cizgi filmi bu gün rəqəmsal dünyada da əla görünür.

Rəqəmsal animasiya video oyunlarına da böyük təsir göstərib. Böyüklər üçün olan “Bizdən sonuncu” video oyunundakı texnologiya real aktyorları rəqəmsal avatara çevirib. Lakin rejissor Din Debloa deyir ki, reallığa ən yaxın texnologiya cizgi filmlərində əllə çəkilən obrazlara verilən canlı təsiri yarada bilmir. “Onlar insanın üzünün ifadələrini və hərəkətlərini öyrənir, oraya bir az karikatura əlavə edirlər ki bu da görünüşü daha real edir.”

Rəqəmsal 3D cizgi filmlərinin həvəskarlarının çox olmasına baxmayaraq, rejissor Din Debloa filmin janrının tamaşaçıları cəlb etdiyini deyir. Rejissor deyir ki, cizgi filmləri artıq təkcə uşaqlar üçün yaradılmır. O, filmlərdəki süjet xətti və rəqəmsal cizgilərin qeyri-adi səhnələr yarada bildiyini deyir.
XS
SM
MD
LG