Accessibility links

Ancelina Coli xərçəng xəstəliyi riskini 5 faizə endirib [Video]


Ancelina Coli xərçəng xəstəliyi riskini 5 faizə azaldıb
please wait

No media source currently available

0:00 0:07:00 0:00
Bu həftənin əvvəli Ancelina Coli səhhəti barədə şok açıqlama verib və xərçəng xəstəliyindən ehtiyat etdiyi üçün xüsusi prosedurdan keçib. Bu ilin əvvəli Dünyada Qadınlar adlı tədbirdə iştirak edən 37 yaşlı aktrisa gen testinin nəticələrinin onda döş xərçəngi xəstəliyinə 87 faiz, yumurtalıq xərçəngi xəstəliyinə isə 50 faiz tutulma ehtimalı olduğunu göstərdiyini deyib.

New York Times qəzetinə müsahibə verən aktrisa bu qərarından çox məmnun olduğunu və həyat yoldaşı Bred Pittə bu ağır zamanda onu dəstəklədiyinə görə təşəkkür etdiyini deyib. O, üç ay davam edən tibbi prosedurun aprelin 27-də başa çatdığını əlavə edib. Hollivud ulduzu digər qadınların yararlanması üçün My Medical Choice adlı məqaləsində təcrübəsini bölüşüb.

Anası 56 yaşında xərçəng xəstəliyindən vəfat edən Anceliana keçirdiyi əməliyyatdan sonra ayılmasının elmi-fantastik filmə bənzədiyini deyib. Amma indi onun ölümcül xəstəliyə düçar olma şansı 87 faizdən cəmi 5 faizə enib. Aktrisa bu prosedurun onunla Bredi biri-birinə daha da yaxınlaşdırdığını deyib. Hətta əməliyyat zamanı onlar zarafat etməyə belə vaxt tapıblar.

Ancelina əlavə edib ki, bundan sonra uşaqları Maddoks, Paks, Zahara, Şiloh və əkizlər Knoks və Vivyenə təhlükənin artıq geridə qaldığını deyə bilər.
XS
SM
MD
LG