Accessibility links

Ankarada ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur


Ankarada partlayış

Ankarada partlayış

Ankaradakı terror aktı zamanı həlak olanlar və xəsarət alanlar arasında indiki anadək Azərbaycan vətəndaşının olması müəyyən edilməyib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkənin müvafiq qurumları ilə araşdırmalarını davam etdirir.

Martın 13-də Türkiyənin paytaxtı Ankarada güclü partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb.

XS
SM
MD
LG