Accessibility links

Azərbaycan veb səhifələri ötən günlər Türkiyə paytaxtı Ankarada İranda azərbaycanlı siyasi məhbusların saxlanmasına etiraz aksiyası, həmçinin “Varlıq” dərgisi və güneydə danışılan Azərbaycan türkcəsi ilə bağlı seminar kim iki ayrı-ayrı tədbirin keçirildiyi haqda məlumat verib.

Məlumata istinadən, Türkiyədə yaşayan milli fəallar, habelə Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Türkiyənin bəzi təşkilatlarının təmsilçilərinin iştirakı ilə İranın Ankaradakı səfirliyi qarşısında keçirilən piketdə İranda həbsdə olan milli fəalların azadlığı tələb edilib.

Tədbirdə son günlərdə hər biri doqquz il həbsə məhkum olan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni və qurumun mərkəzi komitə üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadə, habelə daha əvvəl səkkiz il həbs cəzası alan Abbas Vəlizadə (Oxtay) və Tehranın Evin zindanında səkkiz illik həbs cəzasını çəkməkdə olan jurnalist Səid Mətinpurun şəkillərini əks etdirən plakatlar nümayiş etdirilib.


Ötən həftə eyni zamanda Ankara universitetinin Türkologiya fakültəsində “Varlıq” dərgisinin redaksiyası tərəfindən “Türkcənin varlığı üçün” mövzusunda üç günlük türkoloji konfrans keçirilib.





Məşhur azərbaycanlı türkoloq, cərrah və “Varlıq” dərgisinin təsisçisi doktor Cavad Heyət, doktor Rza Heyət və türkdilli ölkələrdən gələn digər tədqiqatçı-alimlərin çıxış etdiyi qurultayda İran və başqa ölkələrdə türk dilinin işlədilməsində istifadə olunan əlifba növləri müzakirə olunub.
XS
SM
MD
LG