Accessibility links

Ankara və Moskva arasında narazılıqlar Türkiyənin hərbi vertolyotunun kürd döyüşçüləri tərəfindən vurulması ilə daha da dərinləşib.

Gərginliklər vertolyotun Rusiya istehsalı MANPAD raketi ilə vurulduğu ortaya çıxdıqdan sonra artıb. Bundan sonra Türkiyədə Rusiya ilə bağlı şübhələr yaranıb.

Rusiya PKK terrorçularına təlimlər verir?

Müdafiə eksperti Metehan Demir raketdən mükəmməl şəkildə istifadə edilməsini burada Moskvanın əli olduğuna işarə hesab edir.

"Bu silahdan istifadə etmək üçün bir neçə həftə təlimlərdən keçmək lazımdır. Bu nə deməkdir? Rusiya PKK terrorçularına təlimlər verir? Onlar birinci dəfədən Türkiyə vertolyotunu vurmaq üçün nə qədər peşəkar olmalıdır. Bu, Rusiya təyyarəsinin vurulmasının qisası ola bilər"-deyə ekspert bildirib.

Demir bu silahın İstanbuldan Suriyaya iqtiqamət alan hərbi gəminin göyərtəsinə düşdüyünü xatırladır. İnsident Ankara tərəfindən Rusiyanın hədəsi kimi interpretasiya edilmişdi.

PKK və Türkiyə arasında uzunmüddət davam edən münaqişə dövründə Ankara dəfələrlə Rusiyanı terrorçuları dəstəkləməkdə günahlandırıb.

Mən şəxsən Rusiyanın belə bir ağılsızlığa əl atacağını düşünmürəm

Türkiyənin təqaüddə olan briqada generalı Haldun Solmaztürk Moskavanın belə bir addım ata biləcəyinə skeptik yanaşır.

"Mən şəxsən Rusiyanın belə bir ağılsızlığa əl atacağını düşünmürəm. Bu, onun maraqlarına xidmət etmir. Rusiyada istehsal edilən raketləri dünyanın hər yerində əldə etmək olar. Xüsusilə də Yaxın Şərqdə”-deyə Solmaztürk bildirib.

İndi Ankara PKK-nın təkmilləşdirilmiş əlavə silahlardan istifadə edəcəyini əsəbi şəkildə gözləyir.

Təhlilçilər deyir ki, bu kimi silahlar kürd döyüşçüləri ilə münaqişəni daha da dərinləşdirəcək. Əgər əlbəttə, Moskva onları silahla təmin edirsə.

XS
SM
MD
LG