Accessibility links

Türkiyənin paytaxtı Ankarada güclü partlayış nəticəsində 27 adam həlak olub, 75 nəfər yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, partlayışın baş verdiyi Kızıl ay meydanı xarici səfirliklər, nəqliyyat mərkəzi və mağazaların yerləşdiyi bölgəyə yaxındır.

NTV tele-kanalı maşına yerləşdiyilmiş partlayıcı qurğunun avtobusa yaxınlaşdıqda işə düşdüyünü xəbər verib.

Sərnişinlərdən bird Doğan Aşik partlayışın onları avtobusun arxasına atdığını deyib. O, üzündən və qolundan xəsarət alıb.

​Hadisə 29 adamın ölümünə səbəb olan partlayışdan bir ay sonra baş verib.

Türkiyə həmin hücumun kürd yaraqlı qrupu ilə əlaqəsi olan suriyalı şəxs tərəfindən həyata keçirildiyini bildirmişdi.

Show comments

XS
SM
MD
LG