Accessibility links

Türkiyə rəsmilərinin bildirdiyinə görə, şənbə günü Ankara yaxınlığında təhlüksizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı polisin "təslim ol" çağırışından sonra iki intiharçı özünü partladıb.

Birinin kişi, birinin isə qadın olduğu bildirilən intiharçı bomba hücumçularının fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə partiyası PKK ilə əlaqəsi olduğuna inanılır. PKK 30 ildir Türkiyədə üsyançı hərəkatın arxasında durur.

CNN Türk tele kanalının verdiyi məlumata görə, əməliyyat zamanı intiharçıların qaldığı yerdə 200 kiloqram amonim nitrat və plastik partlayıcı maddələr aşkar edilib.

Rəsmilər üçüncü mümkün şübhəlini axtarır.

Hökumət rəsmiləri əməliyyat zamanı başqa tələfatların olmadığını bildirib.

Polis intiharçıların 2015-ci il oktyabrın 10-da Ankarada terror hücumunun ildönümündə intihar hücumu həyata keçirməyə çalışdıqlarını ehtimal edir.


XS
SM
MD
LG