Accessibility links

Təriqətlərə parçalanan regionda Ankara hansı tərəfi tutacaq?


Türkiyə prezidenti Səudiyyə Ərəbistanına səfər edərək, ölkəsinin Riyad ordusuna dəstəyini nümayiş etdirir.

Rəcəb Tayyib Ərdoğanın həmkarı Kral Salmanla görüşünün diqqət mərkəzində Suriyanın vətəndaş müharibəsi yer alır.

Bu iki ölkə Suriya prezidenti Bəşar Əl-Əsədə dəstək verən ölkələr arasındadır.

Riyad və Ankara Əsədin hakimiyyəti tərk etməsi çağırışlarına ciddi şəkildə etiraz edir. Bu mövqe Türkiyənin regionda təcridinə səbəb olub.

Türkiyə Yaxın Şərq və ərəb ölkələri arasında müttəfiq axtarır

Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulması da rəsmi Ankara ilə Moskva arasında gərginlik yaradıb.

Təhlükəsizlik eksperti Metehan Demir hesab edir ki, Ərdoğanın səfərinin arxasında məhz təcrid edilməsi durur.

"Türkiyənin ABŞ, Rusiya və Qərblə münasibətləri son zamanlar yaxşı deyil. İndi Türkiyə Yaxın Şərq və ərəb ölkələri arasında müttəfiq axtarır. Səudiyyə Ərəbistanına səfər də bu kontekstdə qəbul edilməlidir. Amma bu iki ölkə arasında bəzi mühüm məsələlərdə fikir ayrılığı da var."

Türkiyənin dövlət başçısı Səudiyyə Ərəbistanının yardımı ilə Rusiya enerjisindən asılılığını azaltmağa çalışır. Lakin bunun müqabilində Ərdoğan nəsə verməlidir. Buna görə də o, terrorizmlə mübarizə koalisiya yaradılması təşəbbüsünə dəstək nümayiş etdirir.

Brüsseldə yerləşən Karneqi institutunun alimi Sinan Ülgen deyir ki, sünni müsəlman ölkələrin alyansı əsasən İran əleyhinə yönəlib.

"Riyad və Tehran arasında təriqət qütbləşməsi riski altında Səudiyyə Ərəbistanının Türkiyəni öz tərəfinə çəkməsi Türkiyəyə hədə yaradır."

Son zamanlar Ərdoğan İranı Türkiyə əleyhinə Rusiya ilə müttəfiqlik qurmaqda ittiham edir.

Təhlilçilərin fikrincə,təriqətlərə parçalanan regionda Ankara artıq tutacağı tərəfi seçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG