Accessibility links

Türkiyə kabineti ötən həftə Suriya tərəfindən türk hərbi təyyarəsini vurulmasını müzakirə edib


Türkiyə kabineti ötən həftə Suriya tərəfindən türk hərbi təyyarəsini vurulmasını müzakirə edib. Ankara təyyarənin beynəlxalq havada xəbərdarlıq edilmədən vurulduğunu deyib.

Bugünkü görüş NATO səfirlərinin Türkiyə tərəfinin xahişilə keçirəcəkləri məsləhətləşmədən bir gün əvvələ təsadüf edib. Cümə günü baş vermiş hadisənin təfsilatı anlaşılmaz qalmaqda davam edir.

Turkiyə rəsmiləri deyib ki, təyyarədə olan iki pilot silahsız təlim missiyası həyata keçirirdi və geri dönməzdən əvvəl qəsdsiz olaraq qısa müddətə Suriya hava sərhədini keçib. Bir neçə dəqiqədən sonra isə Suriya tərəfindən vurulub. Suriya rəsmiləri təyyarənin sahilə yaxın məsafədə uçduğunu və Suriya hava sərhdini pozduğuna görə atəşə məruz qaldığını deyib. Qərb hücuma görə Suriyanı pisləyib.
XS
SM
MD
LG