Accessibility links

ABŞ-la Türkiyə arasında fikir ayrılıqları [Video]


Türkiyə hazırda Suriya və İraqda fəaliyyət göstərən İslam Dövləti militant qrupuna qarşı mübarizə aparan ABŞ-ın idarə etdiyi koalisiyanın üzvüdür, lakin Ankara hərbi iştirakdan imtina edib. Analitiklərin dediyinə görə, Türkiyənin tərəddüd etməsinin əsas səbəbi onun regiondakı prioritetlərinin Amerikanın prioritetlərindən fərqli olmasıdır. Onların dediklərinə görə Vaşinqtonun prioriteti İraqı sabitləşdirmək, Türkiyənin əsas məqsədi isə Suriyan lideri Bəşər Əsədi hakimiyyətdən devirməkdir.

Türkiyənin koalisiya ilə bağlı tərəddüdləri ən çox özünü Suriyada kürdlərin məskunlaşdıqları Kobani şəhərində büruzə verir. Burada kürd döyüşçülər İslam Dövlətinin hücumuna müqavimət göstərirlər. Türkiyədə yaşayan kürdlər Suriya-Türkiyə sərhədində yerləşən şəhərin işğalının qarşısını almaq üçün Ankaranı hərbi müdaxiləyə çağırıblar.

Türklər əsasən də PKK ilə türk-kürd probleminin həll olunması üzrə gedən danışıqlar ərəfəsində, şimali Suriyada başqa bir müstəqil regionun yaranmasına strateji olaraq tab gətirməzlər.

Lakin təhlilçilər iddia edirlər ki, Türkiyə Kobaninin kürd müdafiəçiləri Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə (PKK) əlaqəli olduğu üçün bu addımı atmır.

Vaşinqtonda fəaliyyət göstərən İkipartiyalı Siyasi Mərkəzdən Henri Barkinin sözlərinə görə, Ankara Kobanin çokməsini istəyir. Panel müzakirəsi zamanı Barki deyib ki, şimali Suriyada müstəqil kürd regionunun yaranması PKK-nin da eyni gücə sahib olacağı barədə Ankarada narahatlıq doğurur.

“Türklər əsasən də PKK ilə türk-kürd probleminin həll olunması üzrə gedən danışıqlar ərəfəsində, şimali Suriyada başqa bir müstəqil regionun yaranmasına strateji olaraq tab gətirməzlər.”

ABŞ Dövlət Katibi Con Kerri Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür. 12 sentyabr, 2014.

ABŞ Dövlət Katibi Con Kerri Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşür. 12 sentyabr, 2014.

Barki və onun panelist yoldaşı, ABŞ-ın Ankaradaki sabiq səfiri Erik Edelman, Türkiyənin İslam Dövlətinə qarşı mübarizədə ABŞ-la birgə hərəkət etməsini dəstəkləyir.

“Təbii ki, Amerika və Türkiyənin bir-birinə ehtiyacı var. Bu, birmənalıdır”

ABŞ və Türkiyə prioritetlərinin fərqliliyi iki ölkə arasında anlaşılmazlığa yol açıb.

Bu yaxınlarda, iki ölkə İslam Dövlətinə qarşı hücüm əməliyyatları üçün cənubi Türkiyədə yerləşən İncirlik Hərbi Hava Bazasının istifadəsi ilə bağlı razılaşma haqda fərqli fikirlər yürüdüblər. ABŞ milli təhlükəsizlik müşaviri Susan Rays sazişi elan edib, lakin Türkiyə qərarın qəti olmadığını bildirib.

Barkinin sözlərinə görə, özünü təcrid Türkiyənin uzunmüddətli marağında deyil.

“ABŞ-dan fərqli olaraq, Türkiyə üçün bədəl artır, əsasən də milli təhlükəsizlik müşavirinin sazişi elan etdiyindən sonra, Türkiyənin bunu təkzib etməsi situasiyanı daha da ağırlaşdırır, çünki Vaşinqton, və daha önəmlisi Ağ Evlə dostluqlar belə qurulmur... Mən düşünürəm ki, türklər kənarda durmağın nə dərəcədə naqolay olduğunu tezliklə anlayacaqlar.”

Türkiyə Amerikanın bəzi məsələri həll edə biləcəyindən nigarandır, ona görə də Amerikadan nə edib-etməyəcəyinə dair söz almaq istəyir ki, buna əsasən də Türkiyə qarşılığında öz öhdəsinə düşən məsələrlə bağlı qərarını versin.

İslam Dövlətinə qarşı mübarizə edən koalisiyadakı Obama administrasiyasının nümayəndəsi, sabiq ABŞ generalı Con Allen, əməkdaş ölkələrin koalisiyaya dəstəklərinin koordinasiyasına yardım edir. Edelman General Allenin türklərin Vaşinqtondan öhdəlik istəyəcəyini gözlədiyini bildirir.

“Türkiyə Amerikanın bəzi məsələri həll edə biləcəyindən nigarandır, ona görə də Amerikadan nə edib-etməyəcəyinə dair söz almaq istəyir ki, buna əsasən də Türkiyə qarşılığında öz öhdəsinə düşən məsələlərlə bağlı qərarını versin.”

Türkiyə Suriya hökümətinə qarşı döyüşən mötədil üsyançılara təhlükəsiz sığınacaq vermək üçün Amerikanın Türkiyə sərhədinə yaxın olan şimali Suriya səmalarında qeyri-uçuş zonası yaratmasını istəyir.

XS
SM
MD
LG