Accessibility links

Ankarada zəlzələ qurbanlarına dəstək aksiyası keçirilib


Ankarada zəlzələ qurbanlarına dəstək aksiyası
Ankarada zəlzələ qurbanlarına dəstək aksiyası

İran hökumətindən zəlzələ qurbanlarına büdcədən pul ayrılması, könüllülərin zəlzələ zonasına buraxılması, Səttarxan körpüsünün bərpasını tələb edilir

Avqustun 15-də Ankarada Uluslararası Güney Azərbaycan Türkləri Konseyninin təşkilatçılığı ilə Şərqi Azərbaycanda baş verən zəlzələ qurbanlarına dəstək məqsədi ilə aksiya keçirilib.

Turan agentliyinin məlumatına görə, aksiyaçılar məşhur Kuğuru parkından İranın Ankaradakı səfirliyinə doğru yürüş edib. “Başın sağ olsun Azərbaycan”, “Azərbaycan qan ağlayır, İran onun qətlinə fərman verir”, ”Stop rasiszm” şüarları qaldıran etirazçılar İran səfirliyi qarşısına bəyanatlarını səsləndirib.

Sənəddə İran hökümətindən zəlzələ ilə bağlı ölənlərin sayının düzgün göstərilməsi, büdcədən ölən və yaralılar üçün pul ayrılması, könüllü olaraq zəlzələdə insanları dağıntılar altından çıxartmaq istəyən insanların sərbəst buraxılması, ciddi zərər görmüş Səttarxan körpüsünün bərpasını tələb edilir.

Avqustun 11-də İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. İlk zəlzələdən sonra 20-dən çox 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Zəlzələ nəticəsində 307 nəfər həlak olub, 2000 dən artıq insan
yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG